Sərkisyan Qarabağa GƏLDİ
01.04.2019
Ermənistan Prezidenti Armen Sərkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı prezidentin mətbuat xidməti yayıb. Məlumata görə, səfər iki gün davam edəcək.
Qeyd edək ki, Sərkisyan sonuncu dəfə Qarabağa keçən ilin oktyabrında gəlmişdi.