İstanbul mübahisəsi davam edir: CHP namizədi
01.04.2019
Türkiyə Ali Seçki Qurumu İstanbuldakı bələdiyyə seçkisindəki səslərin 99,63%-ni hesablayıb.
Qurumun son hesablamlarına əsasən, CHP-nin İstanbul bələdiyyəsi vəzifəsinə namizədi Əkrəm İmamoğlu seçki yarışında irəliyə keçib.
Binəli Yıldırımın səsləri isə 48,48% təşkil edib.
İmamoğlunun ümumilikdə 4 milyon 155 min 141 səs, Yıldırımın isə 4 milyon 127 min 770 səs topladığı vurğulanıb. Tərəflər arasında səs fərqi 27.371 təşkil edib.
Qeyd edək ki, rəsmi rəqəmlər hələ açıqlanmasa da, Binəli Yıldırım İstanbulda qələbə qazandığını açıqlayıb. CHP-nin namizədi Əkrəm İmamoğlu isə özünün 4 milyon 167 min 752 səs, rəqibi B.Yıldırımın isə 4 milyon 139 min 833 səs topladığını açıqlayıb. /Axar/