Qocalar evində kütləvi zəhərlənmə - ölənlər var
01.04.2019
Fransanın cənubunda Lerm şəhərindəki qocalar evində baş verən kütləvi zəhərlənmədən 4 nəfər ölüb, daha 22 nəfərə isə tibbi yardım göstərilib.
Verilən məluma görə, kəskin qida zəhərlənməsi səbəbindən tibbi yardım göstərilən 22 nəfərdən 15-i hələ də xəstəxanadadır.Qeyd olunur ki, bu qocalar evində ən varlı yaşlılar məskunlaşıb. Ev 90 nəfər üçün nəzərdə tutulub.
İnsidentlə bağlı araşdırma başlayıb. Hazırda qocalar evinin mətbəxində laborator təhlillər aparılır.