Leonardo da Vinçinin məşhur əsəri OĞURLANDI
31.03.2019
Dünyanın ən bahalı rəsmi yoxa çıxdı
İncəsənət tarixində ən bahalı rəsm sayılan "Dünyanın xilaskarı” yoxa çıxıb.
Bu barədə The New York Times məlumat yayıb.
Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərindəki Abu-Dabi Luvrunun əməkdaşları Leonardo da Vinçinin rəsminin harada olduğunu bilmirlər.
"Dünyanın xilaskarı”nın ötən ilin sentyabrında Abu-Dabidəki Luvrda sərgilənəcəyi planlaşdırılsa da, o vaxt BƏƏ paytaxtının rəhbərliyi məlum olmayan səbəblərdən sərgini təxirə salıb.
Qeyd edək ki, sözügedən rəsm 2017-ci ildə hərracda 400 milyon dollara satılıb. Komissiya haqları və vergi daxil olmaqla, rəsmi alan şəxs 450 milyon dollar ödəyib. The New York Times iddia edirdi ki, rəsmi səudiyyəli şahzadə Bədir bin Abdulla bin Məhəmməd bi Farhan Əl Səud alıb.