21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

6,7 min il həbs cəzası?

30.03.2019

Meksikada mühacirləri qaçıran cinayətkarlar məhkəmənin hökmü ilə bir neçə min il həbs cəzasına məhkum edilib.
Bu barədə Meksikanın baş prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, 2018-ci ilin fevralında Tamaulipas ştatında 117 mühaciri qaçırmaqda günahkar bilinən dörd cinayətkara ümumilikdə 6,7 min il həbs cəzası verilib. Onlardan ikisi 1,9 min il, biri 1,7 min il, digəri isə 1,2 min il həbs cəzası alıb. Həmçinin cinayətkarlar zərərçəkənlərə böyük miqdarda kompensasiya ödəməlidir.
Tamaulipas ştatı insan, əsasən də narkokartellərin hədəfinə çevrilən mühacir oğurluğunun mütəmadi baş verdiyi yerdir. Hüquq müdafiəsi təşkilatlarının məlumatına əsasən, Meksikada il ərzində orta hesabla 20 min qanunsuz mühacir oğurluğu qeydə alınır. Cinayətkarlar bir insanın girovluqdan azad edilməsi üçün adətən 2 min dollar tələb edir.