21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Metro sərnişinlərinin NƏZƏRİNƏ

19.03.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, 80 dB-dən çox səs-küy səviyyəsi insanın eşitməsinə əhəmiyyətli dərəcədə zərər verə bilər. Elə metrodakı bu səs göstəricisi artıq olduğu ücün təhlükəlidir. Mütəxəssislər qeyd edirlər ki, belə bir səs-küy səviyyəsini bir şəxs səkkiz saatdan uzun müddət ərzində qəbul etdiyi təqdirdə ciddi ziyana səbəb ola bilər. Belə ki, metrodan istifadə edən sərnişinlərin çoxu uzun müddət yerin altında olurlar. Buna görə də eşitmə reseptorları daim yüksək səsləri qəbul etməyə məcburdur və nəticədə də onların həssaslığı azalır. Ekspertlər bildirirlər ki, metroda uzun müddət qalmaq və yeraltı səsli müşayiətin qəbulu nəinki eşitməni zədələyə, hətta karlığa belə gətirib çıxara bilər.