Hizer vəzifəsini tərk edib - SƏBƏB?
30.03.2019
Hizer Nauert ABŞ Dövlət Departamentinin mətbuat katibi vəzifəsini tərk edib və "Fulbrayt” təhsil proqramına keçib.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo özünün "Twitter” səhifəsində yazıb. O, Hizer Nauertin "Fulbrayt” təhsil proqramında işləməklə ABŞ-ı yaxşı təmsil edəcəyini bildirib.
Hizer Nauert 2017-ci il aprelin 24-də ABŞ Dövlət Departamentinin mətbuat katibi təyin edilib. Daha əvvəl "Fox News” telekanalında aparıcı işləyib. 2018-ci ilin dekabrında Donald Tramp onu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin etmək istəyini bildirmişdi. Hizer Nauert ailə vəziyyəti ilə əlaqədar olaraq bu ilin fevral ayında həmin vəzifəyə namizədliyini geri götürüb.