Məşhur qrupun solisti vəfat etdi
29.03.2019
Britaniyalı musiqiçi Çarleri Rocer 56 yaşında vəfat edib.
"Dövran Media" xəbər verir ki, dünyaca məşhur "The Beat" qrupunun yaradıcısı olan Rocer uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Onun ölümü barədə "Facebook"da məlumat yayılıb. Bildirilir ki, müğənni 26 mart tarixində dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemə baxmayaraq o, cari ilin yanvarında albom buraxmışdı. Həmçinin, Rocer özünün bioqrafik romanını ərsəyə gətirib. Kitab yay aylarında nəşr olunacaq.