03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məcəllədə dəyişiklik - bu şəxslər də həbs ediləcək

29.03.2019

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.  Bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir.
Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Bu zərər vurulmuş ziyanın 2 mislinədək cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər külli miqdarda zərərvurmaya səbəb olduqda isə vəzifəli şəxslər 3 il müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqüqundan məhrum edilir və vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, yeni layihədə nəzərdə tutulan "müvafiq qurğu” dedikdə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunkasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.
Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.