03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ-dan Türkiyəyə QADAĞA

29.03.2019

ABŞ senatorları və Tramp höküməti Türkiyənin Rusiyadan "S-400” zenit-raket komplekslərini almayacağını təsdiq edənə qədər F-35 qırıcılarının Ankaraya gətirilməsinə mane olacaq layihə hazırlayıb.
Layihəni hazırlayan 4 senatordan biri Janne Şanhen bir NATO ölkəsində ABŞ qırıcıları və texnologiyalarının Rusiya üçün əlçatan olmasının ciddi qlobal təhlükə olduğunu deyib. Senatorlar NATO üzvü olan Türkiyənin həm S-400, həm də F-35 almayacağını irəli sürüb.
Senator Ceyms Lankford bildirib ki, Türkiyə önəmli bir NATO müttəfiqidir və ABŞ-ın bir sıra beynəlxalq təhlükəsizlik məsələlərində kömək etməkdə istəklidir.
"Türkiyə ilə Rusiyanın təhlükəsizlik sahəsində işbirliyi narahatvericidir”, - deyə senator vurğulayıb.
Qeyd edək ki, Türkiyə trilyon dollarlıq F-35 proqramında istehsalçı ortaqlardan biridir. Lakin ABŞ höküməti Türkiyənin S-400-ləri alacağı təqdirdə F-35-lərin bu ölkəyə çatdırılmasına mane olacaq.
Türkiyə rəsmiləri isə bu vaxta qədərki bütün açıqlamalarında Rusiya ilə S-400 razılaşmasına geriyə dönüş olmadığını deyiblər./publika.az /