Dünya çempionumuz Avropa Oyunlarından məhrum oldu
29.03.2019
Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
"Dövran Media" oxu.az-a istinadən xəbər verir ki, idmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.
Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.