Sahibkarlar prokurorluqda dindirilir
28.03.2019
"Diqlas" ticarət mərkəzində yanğın nəticəsində zərər çəkən sahibkarlar Nizami Rayon Prokurorluğunda dindirilir.
"Dövran Media" Report-a istinadən xəbər verir ki, dindirmə zamanı onların anket məlumatları dəqiqləşdirilib, dəymiş ziyanla bağlı suallar verilib.
Sahibkarların verdiyi məlumata görə, dindirilmə bir neçə gün davam edəcək.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.