Türkiyəni AB-yə buna görə qəbul etmirlər - İhsanoğlu
28.03.2019
Türkiyənin AB-yə üzvlüyünün uzun müddət həll edilməməsi müəyyən mənada Türkiyə əhalisinin dini mənsubiyyətilə əlaqəlidir.
"Dövran Media" xəbər verir ki, bunu "Haqqin.az” saytına açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri Ekmeleddin İhsanoğlu deyib. O, Türkiyənin Avropanın bir parçası olduğunu bildirib:
"Türkiyə II Dünya müharibəsindən sonra yaradılan bütün Avropa institutlarına daxildir və hətta onlardan bəzilərinin təsisçisidir. Türkiyə ilə AB arasında elə də sadə olmayan münasibətlər fərqli səbəblərlə əlaqəlidir. Son 20 ildə Türkiyə iqtisadiyyatının inkişafı və əhalinin artımı bəzi Avropa xadimləri tərəfindən neqativ qarşılanıb. Türkiyə və Avropa bir yerdə olmağa məhkumdurlar. Avropa Türkiyəsiz güclü ola bilməz”.