21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yanğına görə kompensasiya ödəniləcək - SƏRƏNCAM

28.03.2019

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən shibkarlarla növbəti görüş keçirilib.
Nizami rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firudin Cabbarov Trend-ə bildirib ki, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Onun sözlərinə görə, görüşdə qeyd olunub ki, yanğın hadisəsi ilə əlaqədar Prezident İlham Əliyev tapşırıq verib: "Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə kompensasiya ödəniləcək. Bunun üçün müvafiq komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Yaradılmış komissiyaya zərərçəkən sahibkarlar da daxil olacaq".
F.Cabbarov bildirib ki, yaxın günlərdə komissiya tərəfindən yanğın hadisəsinin baş verdiyi ticarət mərkəzinə baxış keçiriləcək.
Xatırladaq ki, martın 26-sı səhər saatlarında Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.