21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Diqlas”ın direktor müavini: "Əgər məni tutsalar..."

27.03.2019

Məni və ya digər kimisə tutsalar, sizin probleminiz həll olunacaq? Bina geri qayıdacaq, ya kimsə gətirib sizə pul verəcək?!
Bu sözləri vətəndaşlarla görüşdə "Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov deyib.
O, çətinliklərin öhdəsindən gəlmək üçün bir-birilərinə dəstək olmağın vacib olduğunu dilə gətirib
"Bu gün gedib sahibkarlarla görüşəcəyəm. Heç kimin sığortası yoxdur. Sizin malınız yanıbsa, mənim də evim yanıb. Bu bina tikiləndən mən burdayam. Əgər buranın 25 milyonluq qiyməti vardısa, sizin də yüz minlərlə malınız var idi. Çıxış yolu tapmaq lazımdır. Əgər siz günahkar axtarsanız, mənə qarşı və ya bir başqasına qarşı cinayət işi açılsın, həbs edilsin fikrinə doğru getsəniz, heç bir nəticə əldə edə bilməyəcəyik.
Bilirsiniz ki, "Diqlas” iki yerə bölünüb və iki sahibi var. Mən "Diqlas”ın yalnız bir hissəsini idarə edirəm. Bu gün real həll yollarından biri odur ki, qısa zamanda yığışıb mağazaları təmir edək. İnsanlar iş başına qayıtsınlar.
İcarədarlar onlara dəymiş ziyan qarşılanana qədər pul ödəmədən çalışsınlar. Çünki nə biz binanı sığortalatmışdıq, nə də siz mallarınızı. Dövlət bizə pul verməyəcək. Yenə deyirəm, bir-birimizə kömək edərək bu vəziyyətdən çıxmağa çalışaq. Məni tutsalar, "Diqlas”ın ikinci hissəsini idarə edən Rasimi tutsalar, Bəhruzu tutsalar, sizin qazancınız olacaqmı?”
Vətəndaşlar A.Rəhimovdan onları sahibkarlarla görüşdürməsini istəyib. Ticarət Mərkəzinin rəsmisi buna cavab olaraq bildirib ki, onlar istəsəydi, gəlib görüşərdilər:
"Mənə siz deməmişdiniz ki, gəlim, sizinlə görüşüm. Mən özüm hadisəni eşitdim və gəlib sizinlə söhbət edirəm. Onlar da istəsəydi, gələrdilər. Ona görə də səbrli olun, mən bu gün onlarla görüşüb danışım. Görək nəticə nə olacaq. Mən kənarda deyiləm, elə özüm də sizin içinizdən bir vətəndaşam”.