İranla İraq arasında Qolan müzakirəsi
27.03.2019
"ABŞ rəsmilərinin yanlış qərarları region ölkələrinin daha yaxından əməkdaşlığını zəruri edir".
"Dövran Media"nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhanı İraqın baş naziri Adil Əbdül-Məhdi ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, ABŞ prezidenti Donald Trampın Qolan Yüksəkliklərini İsrail ərazisi kimi tanıyacağına dair açıqlaması region üçün çox təhlükəli və narahatedici addımdır. "Ümid edirik ki, regional əməkdaşlığın artması ilə bölgədə yeni gərginliyə şahid olmayacağıq”.
İraqın baş naziri də regiondakı problemlərin həli üçün bütün ölkələrin potensialından istifadə olunmasının vacibliyini vurğulayıb.