21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ən böyük qaçqın düşərgəsi bağlana bilər - FOTO

27.03.2019

Keniya hökuməti növbəti dəfə bu ölkədə yerləşən və dünyanın ən böyük qaçqın düşərgəsi hesab edilən Dadaab düşərgəsini bağlamağa hazırlaşır.
"Dövran Media" Azərtac-a istinadən bildirir ki, hökumətin bu barədə müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) daxil olub. Beynəlxalq təşkilatdan verilən məlumata görə, qaçqın düşərgəsinin bağlanması növbəti yarım il üçün planlaşdırılır. Keniya hökuməti BMT QAK-a bu düşərgədə məskunlaşan 230 min qaçqının başqa yerlərə köçürülməsi prosesini sürətləndirməyi xahiş edib.
Qeyd edək ki, hələ 2016-cı ildə Keniya hökuməti Dadaab düşərgəsini bağlayacağını elan etmişdi. Həmin vaxt Somalidə hökumətə qarşı vuruşan qiyamçıların gizlənmə və öz sıralarına yeni üzvlərin qəbulu üçün düşərgədən sui-istifadə edilməsi iddia olunurdu. Lakin Keniyanın Ali Məhkəməsi hökumətin bu planını rədd etdi və düşərgənin bağlanmasını ölkənin beynəlxalq öhdəliklərini pozması və qaçqınların təqibi kimi dəyərləndirdi.
Əslində 90 min qaçqın üçün nəzərdə tutulan və Keniyanın Somali ilə sərhədləri ilə yaxınlığında yerləşən düşərgədə əsasən vətəndaş müharibəsi və quraqlığa görə Somalidən qaçmış insanlar məskunlaşıb.