Prezidentlə baş nazirin görüş yeri və vaxtı açıqlanıb
27.03.2019
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.
"Dövran Media" Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən trend-ə verilən məlumata əsasən bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.