Türkiyədə dalbadal iki zəlzələ
27.03.2019
Türkiyənin Malatya şəhərində iki zəlzələ baş verib.
"Dövran Media" xəbər verir ki, Türkiyə Təbii fəlakət və Fövqəladə Hallar Nazirliyi ilk zəlzələnin yerli vaxtla saat 03:29-da baş verdiyini bildirib. Yerin 7 kilometr dərinliyində baş verən yeraltı təkanların gücü 3.8 bal olub.
Bu təkanlardan 2 dəqiqə sonra eyni ərazidə 3.6 bal gücündə zəlzələ olub. İkinci zəlzələ də yerin 7 kilometr dərinliyində baş verib.
Zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.
Qəndilli rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu ilk zəlzələnin 4, ikincinin isə 3.4 bal gücündə baş verdiyini bildirib.