Makqreqor zorakılıqda ittiham olunur
27.03.2019
İrlandiya polisi idmançı Konor Makqreqoraya qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır.
İdmançını zorakılıqda ittiham edən qadının adı açıqlanmır.
Qeyd edilir ki, hadisə Dublinin kənarında mehmanxanada baş verib.
Döyüşçünün ünvanına irəli sürülən ittihamlar hələ sübut edilməyib, lakin polis araşdırmanı davam etdirir.
Yanvarda hüquq-mühafizə orqanları Makqreqoru həbs edib, amma ifadə alındıqdan sonra azadlığa buraxılıb.