Erməni ordusu Qarabağda itki verdi
27.03.2019
Ötən gün Qarabağda erməni hərbçi aldığı güllə yarasından ölüb.
"Dövran Media" xəbər verir ki, ötən gün saat 18:40 radələrində Qarabağın şimal-şərq hissəsində yerləşən erməni hərbi hissəsində 1998-ci il təvəllüdlü əsgər Ara Arakelyanın aldığı güllə yarasından öldüyün bildirilib.
Ölümün hansı şəraitdə baş verdiyi araşdırılır.
Qeyd edək ki, ötən gün axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.