3:47:20 15 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

"CNN türk" barədə araşdırma başladıldı

26.03.2019

CNN şirkəti "CNN türk" haqqında araşdırma başladıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı CHP-nin ABŞ nümayəndəsi Yurter Özcan Tvitter hesabında qeyd edib. O bildirib ki, CNN rəhbərliyindən gələn meyldə "CNN türk"də HDP-çi Sezai Təməlli ilə bağlı yayımlanan xəbərə görə araşdırma başladıldığı və məsələ ilə bağlı rəsmi açıqlama olacağı bildirilib.
Yurter Özcan həmçinin onu da qeyd edib ki, "CNN türk” yenidən yalan məlumat yayıb və bunun üçün ikinci dəfə şirkətə məktub göndərərək, Türkiyədəki bürosu haqqında tədbir görülməsini istəyib:
"Bu araşdırma davam edərkən sizə yeni bir məktub da yazdım. 2 gün əvvəl AKP-yə yaxın "Sabah" qəzetinin xəbərini yayımlayan "CNN türk" siyahı yayımlayaraq bəzi CHP, İYİ və Səadət Partiyasının namizədlərinin PKK terror təşkilatı ilə əlaqəli olduğunu iddia etdi”.
Qeyd edək ki, Özcan daha əvvəl "CNN türk"ün HDP-çi Sezai Təməllinin işlətmədiyi sözləri onun adından dərc etdiyi üçün CNN şirkətinə məktub göndərmişdi.