Qazaxıstanda üç şəhərin adı dəyişilə bilər
25.03.2019
Qazaxıstanın "Ak Jol” demokratik partiyasının sədr müavini Kazbek İsa Petropavlovsk, Pavlodar və Semey şəhərlərinin adlarının dəyişdirilməsini təklif edib.
"RİA Novosti”nin məlumatına görə, o, bu şəhərlərə tanınmış qazax tarixi şəxsiyyətlərin adlarının verilməsini istəyib.
O bildirib ki, Petropalovskun adı Abıl xanın, Pavlodarın adı Kesenarın müstəqlliyinin, Semeyin adı isə Alixan Bukeyxanovun şərəfinə dəyişdirilməlidir.
Xatırladaq ki, martın 20-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astananın adını ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan olaraq dəyişdirilməsini təklif edib. Həmin gün parlament Konstitusiyada müvafiq dəyişiklik edib.
Martın 23-də dövlət başçısı dəyişikliyi təsdiq edib və sərəncam imzalayıb./oxu.az/