Dəniz silkələndi - Əhali təşvişdə
25.03.2019
Türkiyənin Dənizli şəhərində 4.1 bal gücündə zəlzələ baş verib.
"Dövran Media" xəbər verir ki, Acıpayam bölgəsində yerli vaxtla 10:15-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Zəlzələ əhali arasında narahatlıq doğurub.
Qeyd edək ki, bir neçə gün öncə Dənizlidə baş vermiş 5.5 ballıq zəlzələ əhali arasında böyük təşvişə səbəb olmuşdu.