Təyyarəni ildırım vurdu
24.03.2019
Rusiyada "Pobeda” aviaşirkətinin təyyarəsini ildırım vurub.
"RİA Novosti”nin məlumatına görə, hadisə Kazanda hava qalxmış təyyarənin Soçidə enişi zamanı baş verib.
Bildirilib ki, hadisədən sonra təyyarə "Vnukovo” hava limanına yollanıb.
Qeyd olunub ki, müasir dövrdə ildırımın təyyarəni vurmağı təhlükəli bir hadisə deyil, ancaq mütəxəssislər qaydalarla nəzərdə tutulmuş bütün tədbirləri yerinə yetirəcək.