Şəkərli diabeti müalicə edən təbii üsul
24.03.2019
Əvvəllər nadir hallarda eşitmək olardı ki, kimsə diabetdən əziyyət çəkir. Lakin bu gün şəkərli diabet ən geniş yayılmış xəstəliklərdən biridir.
Orqanizmdə insulin səviyyəsinə nəzarətin olmaması qanda qlükozanın artmasına və diabetə gətirib çıxarır. Qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edəcək bir neçə üsul mövcuddur. Bunun üçün ilk növbədə həkimin göstərişlərinə əməl etmək lazımdır, eyni zamanda mütəxəssislər bir çox təbii variantları sınamağı məsləhət görür.
"Dövran Media" xəbər verir ki, manqo çayı sağlamlıq üçün faydalıdır, həm də həb asılılığını aradan qaldırmağa kömək edir.
Diabetin müalicəsi üçün manqo çayı
İnqrediyentlər:
10-15 manqo yarpağı;
1,5 litr mineral su.
Hazırlanma qaydası və tətbiqi:
Yuyulmuş manqo yarpaqlarını mineral suya əlavə edib qaynadın. Qaynayan kimi qazanı oddan götürüb soyumasını gözləyin və bir gün saxlayın. Ertəsi gün suyu süzüb acqarına için. Bu prosesi 2-3 ay ardıcıl olaraq təkrarlayın.
3 ay sonra qanda şəkərin səviyyəsi normla düşəcək, səhhətiniz xeyli yaxşılaşacaq.