Yaponiyada işləmək istəyənlərə müjdə
24.03.2019
Yaponiya hökuməti apreldən daha çox əcnəbinin işləmək üçün ölkəyə gəlməsinə şərait yaradacaq.
"Dövran Media" xəbər verir ki, yerli şirkətlər həmin şəxslərə kömək üçün yeni xidmətlər təklif edəcək.
Tokioda fəaliyyət göstərən "One visa” şirkəti əcnəbilərə sənədlərini viza almaq üçün təqdim etməkdə yardım edəcək.
Bununla yanaşı, həmin şirkət mağazalarında bütün sutka ərzində fəaliyyət göstərən bankomatlar yerləşdirmiş "Seven Bank” bankı ilə birlikdə əcnəbilərə Yaponiyaya gəldikdən dərhal sonra bank hesabı açmağa da kömək edəcək.