21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı Tiflis və İrəvanı geridə qoydu

23.03.2019

Dünyada elmi-tədqiqat işlərinə 1,7 trilyon dollar vəsait xərclənir.
"Dövran Media" xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili qeyd edib. Deputat bildirib ki, bunun yarısı iki ölkənin payına düşür:
"Belə ki, ABŞ elmi-tədqiqat işlərinə 476,5 milyard dollar, Çin isə 370,6 milyard dollar xərcləyir. Azərbaycan elmi-tədqiqatlara 352 milyon dollar vəsait sərf edir. Müqayisə aparsaq, bu məbləğ Gürcüstanda 64 milyon, Ermənistanda isə 59 milyon dollardır. Yəni Azərbaycan Gürcüstan və Ermənistanın bir yerdə elmi-tədqiqatlara xərclədiyindən 3 dəfə daha çox vəsait xərcləyir. Bu isə dayanıqlı və innovativ iqtisadi artım, 4-cü sənaye inqilabı şərtlərinə cavab vermək üçün önəmli şərtlərdən biridir”.