Müsəlman qatilinin taleyi necə olacaq? - Yeni Zelandiya
22.03.2019
Terrorçu Brenton Tarrant həyatının yerdə qalan hissəsini tək başına bir hücrədə keçirəcək.
"Dövran media" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Useyminlə birgə təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı Yeni Zelandiya Xarici İşlər naziri Vinston Peter deyib.
"Yeni Zelandiya tarixinin ən böyük istintaqı başladılıb. Dini inanc azadlığına çox önəm verən ölkəyik. Müsəlmanlara qarşı olan hücum hamımıza qarşı olan hücumdur” – deyə o bildirib.