Paytaxtın yeni adına görə kütləvi dava
21.03.2019
Bu haqda "RİA Novosti”nin Qazaxıstandakı müxbiri məlumat verir.
Rəsmi rəqəmlər açıqlanmasa da, insidentdən sonra 20-ə yaxın dava iştirakçısının saxlanıldığı bildirilir.
İnsident Novruz şənliyinin keçirildiyi meydanda qeydə alınıb.
Bundan əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində paytaxta Nursultan adının qoyulmasından narazı olan bir qrup ictimai fəal, insanları meriya binası qarşısına toplaşaraq, dinc etiraz aksiyası keçirməyə çağırmışdı. Bundan başqa internetdə "Nursultan” əleyhdarları onlayn petisiya başladıb. Elektron sənədi artıq 32 mindən çox insan imzalayıb.