F-35 hazırlıqları ləğv edə bilər
21.03.2019
Vaşinqton F-35 təyyarələrinin Türkiyəyə çatdırılmasına hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirir.
Bu barədə "Röyter” informasiya yayıb.
"Türkiyəyə siqnal göndərmək üçün bir çox şeyi dayandırmaq olar”, - ABŞ Müdafiə nazirinin müavini səlahiyyətlərini icra edən Keti Uilbarqer deyib.
Nəşrin məlumata görə, ABŞ tərəfinin bu addımının səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ də Rusiyadan S-400 zenit raket kompleksləri alınmasının F-35-lər üçün təhlükə yaratdığının fərqinə varmamasıdır.
Adı gizli saxlanılan ABŞ rəsmilərindən biri isə nəşrə danışarkən ABŞ-ın atacağı addımlardan birinin Əskişəhərdəki F-35-lər üçün servis bazası ilə bağlı ola biləcəyini qeyd edib.