Maykl Ceksonun qızı özünü öldürmək istəyib
20.03.2019
Maykl Ceksonun 20 yaşlı qızı Peris Cekson özünə qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirilib.
TMZ portalının yazdığına görə, hadisə martın 16-da Los Ancelesdə baş verib.
Bildirilir ki, Peris Cekson çoxlu qan itirib. Hazırda vəziyyəti qənaətbəxşdir.
P. Ceksonun dostları bildiriblər ki, onun özünə qəsd etməsi cəhdinin atası ilə bağlı seks qalmaqalı ilə əlaqəsi var.