Tanınmış memar vəfat etdi
20.03.2019
Tanınmış memar, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sektor müdiri işləmiş Nəzarət Ağayev vəfat edib.
"Dövran Media" xəbər verir ki, N.Ağayev uzun sürən onkoloji xəstəlik nəticəsində dünyasını dəyişib. 10 gündən artıq komada olan N.Ağayevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Nəzarət Ağayev Şəhərsalma-planlaşdırma həllərinin razılaşdırılması sektorunun müdiri olub və səhhəti ilə əlaqdar işdən çıxıb.