İran Türkiyəni tək qoydu: - Əməliyyat
19.03.2019
İran Silahlı Qüvvələri Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatda iştirak etməyib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Mehr” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəsinə istinadən yayıb.
"Bazar ertəsi səhər Türkiyə PKK-ya qarşı hərbi əməliyyata başlayıb. Burada İran ordusu iştirak etməyib” – deyə agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK-ya qarşı birgə antiterror əməliyyatları keçirəcəyini açıqlamışdı. İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari isə Soylunun bu sözlərini təsdiqləmişdi.