Ərdoğanın İzmirdəki çıxışına Afinadan rəsmi REAKSİYA
18.03.2019
Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində nailiyyət əldə etmək adına xarici siyasətdəki ritorikalardan və tarixi hadisələrdən qonşu ölkələrə qarşı istifadə etmək bu kampaniyanın bir parçası ola bilməz.
"Dövran Media" xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
XİN bildirib ki, Ərdoğanın bəyanatları qəbuledilməzdir, iki ölkə münasibətlərinə zərər vurur.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə seçki kampaniyası çərçivəsində çıxışı zamanı vaxtilə Mustafa Kamal Atatürkün ordularının İzmiri azadlığa qovuşdurduğunu, düşməni dənizə atdığını bildirmişdi.