“Beşiktaş” futbolçusu yığmamızdan kənarlaşdırıldı
18.03.2019
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
"Dövran Media"nın məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan milli komandanın iki üzvü heyətdən kənarlaşdırılıb.
Bunlar MOİK-in üzvü Abbas Ağazadə və Türkiyə "Beşiktaş”ının oyunçusu Hüseyn Seyliğlidir. Hər iki futbolçu zədəli olduğu üçün komandanın düşərgəsində yer almayacaq.