Ukraynalı rəsmini öldürən erməni həbs edildi
18.03.2019
Ukrayna Prezident Administrasiyasının İnformasiya Siyasəti üzrə Baş Departamentinin baş müşaviri Aleksandr Buxtatıya hücumda şübhəli bilinən şəxs həbs olunub.
"Dövran Media" xəbər verir ki, bu barədə Kiyev prokurorluğunun yaydığı məlumatda deyilir. Həmin şəxs 33 yaşlı Ermənistan vətəndaşıdır.
Şevçenko rayon Məhkməsi şübhəli şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Aleksandr Buxtatıy həmin hadisədən sonra həyatını itirib.
Hücumda iştirak edən ikinci şəxsin kimliyi müəyyən edilir./ona/