Türk pilotlardan Afrinə XƏBƏRDARLIQ
16.03.2018
"Dövran Media" xəbər verir ki, kürd və ərəb dillərində yazılmış bildirişlərdə mülki insanlara terrorçu mövqelərindən uzaq durmaları barədə xəbərdarlıq edilib.
"Dəyərli afrinli qardaşlarımız, PKK-YPG-PYD-İŞİD terrorçuları illərdir sizə və bizə maddi-mənəvi ziyan vurur, sizləri evlərinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Terrorçulara "dayan” deməyin vaxtı çatmışdır”, - bildirişdə yazılıb.
Bildirişdə həmçinin Afrindən ayrılmaq istəyənlərin təhlükəsizliyini TSQ-nın təmin edəcəyi də bildirilib.
Qeyd edək ki, bundan öncə Afrin radiosu ilə afrinlilərə müraciət edilmişdi.