Bu ölkə 2 milyardlıq Su-35 aldı
18.03.2019
Misir Rusiya ilə yeni silah müqaviləsinə imza atıb.
"Dövran Media" xəbər verir ki, "Kommersant” qəzeti, müqaviləyə əsasən, Rusiyanın Misirə Su-35 çoxfunksiyalı qırıcılarını tədarük edəcəyini yazıb.
Qahirəyə veriləcək qırıcıların sayı dəqiq açıqlanmasa da, onların kifayət qədər çox olacağı vurğulanıb. Müqavilənin ümumi dəyərinin 2 milyard dollar təşkil etdiyi bildirilib.
Qeyd edək ki, Misir hazırda Rusiyadan MiQ-29M/M2 qırıcıları tədarük edir. Bu təyyarələr vasitəsilə Misir özünün arsenalında olan MiQ-21 və J-7 təyyarələrini əvəzləməyə çalışır.