Mafiya liderini öldürən 24 yaşlı gənc tutuldu
17.03.2019
ABŞ-da nüfuzlu mafiya ailələrindən sayılan Qambino ailəsinin lideri Françesko Kalinin ölümündə şübhəli bilinən şəxs saxlanılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Nyu York polisinin rəsmi nümayəndəsi Dermot Şi Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, 24 yaşlı Entoni Komello Nyu Cersi ştatında saxlanılıb. Komellonun Kalini başından vurduğu bildirilir. Entoni Komello tezliklə Nyu York polisinə təhvil veriləcək.