Trampın etdiyi çox təhlükəlidir
17.03.2019
Donald Tramp hakimiyyətə gəldikdən sonra bir sıra müsbət addımlar atıb, ancaq onun xarici siyasəti həqiqətən təhlükəlidir.
"Dövran Media" xəbər verir ki, bu sözləri ABŞ-ın 41-ci prezidenti Corc Buşun oğlu Ceb Buş deyib.
Buş Trampın etdiklərinin hələlik böyük bir böhran yaratmadığını, lakin riskli olduğunu bildirib.
"Birtərəflilik və "bunu təklikdə et” anlayışlarına köklənmək həqiqətən çox təhlükəlidir”, - Ceb Buş söyləyib.
Siyasətçi həmçinin bu siyasətə görə artıq ABŞ-ın dostlarının ona güvənmədiyini qeyd edib.