ABŞ Venesuelada terakt törədib - MADURO
16.03.2019
Venesuelanın elektrik təminat sistemini sıradan çıxarmasına yönələn fəaliyyətlər ABŞ-ın ərazidən həyata keçirilib.
"Dövran Media" xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
"Venesuela xalqı hücum sayəsində bütün xidmətlərdən məhrum etdilər. Bu hücum ABŞ-ın Hyuston və Çikaqo şəhərlərindən idarə olunub” – deyə o bildirib.
Onun sözlərinə görə, elektrik şəbəkələrindəki qəza ABŞ tərəfindən törədilən teraktdır. O həmçinin hücumun arxasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun dayandığını bildirib.