Aparıcıdan Ərdoğana çağırış: Yeni Zelandiyaya gedin
15.03.2019
Türkiyənin "Yeni Akit” internet kanalında yayımlanan "Manşetlərin dili” kanalında aparıcı Fatin Dağıstanlı və baş redaktor Əli Qarahəsənoğlu Yeni Zelandiyada baş vermiş terror aktını müzakirə ediblər.
"Dövran Media" xəbər verir ki, aparıcı Fatin Dağıstanlı hadisənin sadəcə psixoloji problemləri olan bir şəxsin hücumu olmadığını bildirib və ölkə başçısı Rəcəb Tayyib Ərdoğana çağırış edib:
"Cənab Prezident, Yeni Zelandiyaya gedin, cənazə mərasiminə qatılın. Gedərkən də bütün islam dünyasına çağırış edin. Deyin ki, Yeni Zelandiyaya gedirik.