Ərdoğandan məscidə hücumla bağlı SƏRT ÇIXIŞ
15.03.2019
Yeni Zelandiyada Nur məscidinə və orada ibadət edən müsəlmanlara qarşı edilən terror hücumunu şiddətlə qınayıram, günahkarları lənətləyirəm.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən məscidə hücumla bağlı danışarkən deyib.
"Hücum zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa arzu edirəm. Dünyada artmaqda olan irqçilik və islam əleyhdarlığının yeni bir nümunəsi kimi yaşanan bu ağrılı hadisəyə görə bütün islam dünyası və Yeni Zelandiya xalqına ölkəm və şəxsən öz adımdan başsağlığı verirəm”, - Ərdoğan bildirib.
Qeyd edək ki, hücum zamanı 40 nəfər öldürülüb, 20 nəfər yaralanıb.