Novruz Məmmədov: Bu zavod 850 milyon dollardan çox gəlir gətirəcək
15.03.2019
"Keçən il Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib”.
"Dövran Media"nın məlumatına görə, bunu bu gün baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.
N.Məmmədov deyib ki, Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb: "Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki "Star” zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək”.