Terrorçu türkləri də hədələdi: İstanbul xristian şəhəri olacaq
15.03.2019
Yeni Zelandiyada məsciddə terakt törədən Brenton Tarrant adlı şəxsin hücumu iki il əvvəl planlaşdırdığı məlum olub.
"Dövran Media" xəbər verir ki, terrorçu teraktdan əvvəl yayımladığı 70 səhifəlik manifestdə türkləri də təhdid edib.
Hücumu kompüter oyunlarına bənzər şəkildə həyata keçirdiyi müşahidə olunan Tarrantın silahının üzərində əvvəllər dünyanın başqa bölgələrində müsəlmanlara hücum edənlərin adları yazılıb.
Tarrantın manifestində "Türklərə” başlığı altında belə yazılıb:
"Torpaqlarınızda əmin-amanlıq içində yaşaya bilərsiniz, Boğazın şərq hissəsində sizə zərər gəlməyəcək. Ancaq Boğazın qərb hissəsində bir yerdə yaşamağa cəhd etsəniz, Avropaya gəlsəniz, sizi öldürəcəyik. Konstantinopola gələr, bütün məscid və minarələrinizi yıxarıq. Ayasofya minarələrdən qurtulacaq və Konstantinopol layiq olduğu kimi təkrarən xristian şəhəri olacaq”.
Qeyd edək ki, Tarrant dəbilqəsinə yerləşdirdiyi kamera vasitəsilə məscidə silahlı hücumu və qətliamı canlı yayımlayıb.