Savelyev: “Azərbaycan heç vaxt bu ideyasından əl çəkməyəcək”
15.03.2019
"Dağlıq Qarabağ münaqişəsi BMT-nin qəbul etdiyi prinsiplər əsasında həll olunmalıdır”.
"Dövran Media" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu prinsiplərdən yayınmağa və qondarma rejimi də bu danışıqlara cəlb etmək istəyir: "Hər kəs anlamalıdır ki, Azərbaycan heç vaxt öz ərazilərinin azad edilməsi ideyasından əl çəkməyəcək”.
D.Savelyev qeyd edib ki, Rusiya münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində daha fəal çalışmalıdır.