İran kəşfiyyatı İsrail generalına hücum edib
15.03.2019
İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) hesab edir ki, İran kəşfiyyatı İsrail Baş Qərargahının keçmiş rəisi Beni Qantsanın mobil telefonundakı məlumatları ələ keçirib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Yerusəlim Post” qəzeti yayıb.
Qəzet artıq Qantsanın bu barədə xəbərdar edildiyini də bildirib. ŞABAK insidentin 5 il öncə olduğunu iddia edib.
Qeyd edək ki, Beni Qantsa 2011-2015-ci illərdə İsrail ordusunun Baş Qərargah rəisi olub.