Soydaşlarımız yenə təhqir edildi - İranda
14.03.2019
Güney Azərbaycanın milyonlarla azarkeşi olan "Traktor” klubu növbəti dəfə İran mətbuatında təhqir edilib.
"Dövran Media" xəbər verir ki, İranın "Həmşəhri” qəzeti "Traktor”la bağlı məqalə dərc edərək, mədəniyyət və nəzakəti ilə seçilən komanda tərəfdarlarını aşağılayıb və klubun mövcud olmasından narahatlığını bildirib.
"Nə üçün "Traxtor”u sevmirik?” başlıqlı məqalənin müəllifi Rəsul Behrəveş "Traktor” azarkeşlərini nadan və fürsətçi adlandırıb.
O, komanda tərəfdarlarının "Azərbaycan var olsun” şüarını sərt şəkildə tənqid edib.