Ermənistanın Rusiya yolu BAĞLANDI
14.03.2019
Gürcüstanla Rusiyanı birləşdirən Stepantsminda-Lars avtomagistralı yük avtomobilləri üçün qapadılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərinin İdarə edilməsi Milli Mərkəzindən informasiya yayılıb.
Məlumata görə, bölgədə çox sayda yük avtomobili yolun açılmasını gözləyir.
Kəskin hava şəraiti ilə bağlı həmçinin Sotk-Kəlbəcər şosesində buzlaşma qeydə alınıb.